Platforma Haqqında

Bot Directory — Telegram Mini App (TMA) mühitində işləyən, Azərbaycan və regiondakı botları bir mərkəzdə toplayan kataloqdur. Məqsədimiz istifadəçilərə faydalı botları tapmaqda kömək etmək, bot sahiblərinə isə öz tətbiqlərini tanıtmaq şansı verməkdir.
Sistem tamamilə Dark ModeGlassmorphism dizayn prinsiplərinə uyğunlaşdırılıb və Telegram-ın ən son imkanlarını (Bot API 8.0+) dəstəkləyir.

Bot Əlavə Etmə Prosesi

İstənilən şəxs öz botunu kataloqa əlavə edə bilər. Formu doldurarkən aşağıdakı məlumatlar tələb olunur:
  • Ad: Botun görünən adı.
  • Username: @ işarəsi olmadan (avtomatik linkə çevrilir).
  • Açıqlama: Botun nə işə yaradığı barədə qısa məlumat.
  • Hashtaglar: Axtarış üçün açar sözlər (autogenerate funksiyası mövcuddur).

Moderasiya: Hər bir yeni bot əlavə edildikdə moderator qrupuna bildiriş gedir. Admin təsdiqlədikdən sonra bot siyahıda görünür.

Reytinq və Trendlər

Sistemdə iki əsas sıralama növü var:
1. Yeni: Ən son təsdiqlənmiş botlar yuxarıda göstərilir.
2. Reytinq: Botlar İstifadəçi + Qrup cəminə görə sıralanır. Bu məlumatlar hər 30 dəqiqədən bir yenilənir.
Trend Qrafiki: Hər bir botun yanında son 30 günlük istifadəçi artımını göstərən "Sparkline" qrafiki mövcuddur. Yaşıl xətt artımı, qırmızı isə azalmanı ifadə edir.

Texniki İnteqrasiya (Webhook)

Statistikaları real vaxtda yeniləmək üçün Webhook (Push) üsulundan istifadə edin. Botunuzun daxilində aşağıdakı kodları yerləşdirərək hər 24 saatdan bir POST sorğusu göndərməyiniz kifayətdir.
Python (requests)
import requests

url = "SİZİN_WEBHOOK_URL"
data = {"users": 1500, "groups": 60}
requests.post(url, json=data)
Node.js (axios)
const axios = require('axios');

axios.post('SİZİN_WEBHOOK_URL', {
    users: 1500,
    groups: 60
});
PHP (cURL)
$url = "SİZİN_WEBHOOK_URL";
$data = array("users" => 1500, "groups" => 60);
$options = array(
    'http' => array(
        'header'  => "Content-type: application/json\r\n",
        'method'  => 'POST',
        'content' => json_encode($data)
    )
);
$context  = stream_context_create($options);
file_get_contents($url, false, $context);

💡 Harada istifadə etməli?

Bu kodu botunuzun daxilində periodic (dövri) işləyən bir hissəyə, məsələn Cron Job və ya botun hər gün bir dəfə işlətdiyi Global Broadcast funksiyasının sonuna əlavə edə bilərsiniz. Hər dəfə sorğu atdıqda statistikalarınız bizim bazada anlıq yenilənəcək.

TMA İmkanları və UX

Kataloq Telegram Mini App-in bütün üstünlüklərini istifadə edir:
  • Fullscreen Mode: Tətbiq avtomatik tam ekrana açılır və aşağı sürüşdürərək bağlanma (vertical swipe) bloklanır.
  • Haptic Feedback: Düymələrə toxunuş zamanı yüngül vibrasiya ilə cavab verilir (Light Impact).
  • Safe Area: Ekranın yuxarı və aşağı "kəsik" hissələri (notch) nəzərə alınaraq kontent tənzimlənir.
  • Admin Modu: Adminlər bot sətirinə 1 saniyə basıb saxlamaqla (Long-press) birbaşa təsdiqləmə və ya silmə panelini aça bilərlər.

Public API Dan Məlumat Çək

Kataloqdakı botların məlumatlarını öz saytınızda və ya tətbiqinizdə göstərmək üçün:
GET /api/bots

Bütün təsdiqlənmiş botların JSON siyahısı.

GET /api/bot/:username

Xüsusi bir botun statistikası.